Manşet Siyasət

Ali Radanın sədr müavini Rusiyaya aparılmış uşaqların Ukraynaya qaytarılması üçün Azərbaycandan kömək istəyib

“Müharibə başlayandan bu günə qədər 20 min ukraynalı uşaq Rusiyaya zorla deportasiya edilib. Bu cinayət sənədləşdirilib və beynəlxalq cinayət məhkəməsi cinayətkarların həbsinə order verib”.

“Zirvə yolu” xəbər verir ki, bunu Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyuk Milli Məclisin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirdiyi xüsusi iclasda deyib.

Ali Radanın sədr müavini Azərbaycana müraciət edərək bütün ukraynalı uşaqların evlərinə qaytarılmasında onlara kömək etməyi istəyib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir