Azərbaycan taekvondo millisinin liderləri Milad Beiqi Harçeqani (87 kq) və Radik İsayevin (+87 kq) Bakıda keçiriləcək dünya çempionatında iştirak etməmə səbəbi bəlli olub.
“Zirvə yolu”nun məlumatına görə, bu barədə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, adıçəkilən taekvondoçular artıq milli karyeralarını başa vurublar: “Onlara şərt qoyulmuşdu ki, ötən il Azərbaycan çempionatında iştirak etsinlər, amma qatılmadılar. Qərarı özləri verdilər və yığma karyeralarını bitirdilər”.
Qeyd edək ki, taekvondo üzrə dünya çempionatına mayın 29-da start veriləcək.