Almaniya Bundesliqasında mövsümün ən yaxşı debütantı adına namizədlər açıqlanıb.
“Zirvə yolu” “Bundesliqa.com” saytına istinadən xəbər verir ki, bu ada 6 futbolçu iddia edəcək.
Bunlar Li Buşanan (“Verder”), Henninq Matrikiani (“Şalke”), Matiys de Liqt (“Bavariya”), Tom Krauss (“Şalke”), Erik Ebimbe (“Ayntraxt”) və Kərim Adeyemidir (“Borussiya, Dortmund).
Qeyd edək ki, siyahıda adı olan futbolçular mövsüm ərzində keçirilən oyunlarda ayın debütantı olaraq seçiliblər.