Təhsil

Nazir müavini: “Orta-ixtisas pilləsi anlayışı dünyanın heç bir ölkəsində yoxdur”

“Bizim qanunvericilikdə olan orta-ixtisas pilləsi anlayışı dünyanın heç bir ölkəsində yoxdur”.

“Zirvə yolu” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

Onun sözlərinə görə, Avropa kvalifikasiyaları çərçivəsində orta ixtisas təhsili ya natamam ali, ya da qısamüddətli ali təhsil adlanır: “Təbii ki, biz bu faktorları nəzərə almalıyıq. Çünki bu çərçivəni qəbul ediriksə, ilk növbədə kvalifikasiyaların tanınmasına şərait yaratmalıyıq. Eyni zamanda kvalifikasiyalar üzrə təhsil səviyyələrinin düzgün müəyyənləşdirilməsinə müsbət təsir üçün yanaşmamızı dəqiqləşdirməliyik”.

Nazir müavini xatırladıb ki, Milli Məclisdə müzakirə edilən “Ali təhsil haqqında” qanundakı maddələrin birində ali təhsilə aid edilən kvalifikasiyalar maddəsi var: “Biz həmin maddədə 5-ci səviyyəni ali təhsilə aid edilən kvalifikasiya səviyyəsi kimi müəyyən etmişik. Dünyada da qəbul edilən bir yanaşmadır. Düşünürəm ki, qanun qəbul ediləcəyi halda orta ixtisas təhsil pilləsi ali təhsilin pilləsi kimi sayılmayacaq. Çünki bu gün mövcud olan qaydalarımızda yüksək texniki peşə pilləsinin hansı kvalifikasiya səviyyəsinə aid olduğu müəyyyən edilməyib. Bildiyim qədərilə 40-a yaxın kvalifikasiya hazırlanacaq. Bunlardan 30-u qısamüddətli ali təhsil, 10-u isə yüksək texniki peşə proqramlarına aiddir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir