Rauf Vəliyev: “Növbəti gəmilərə Qərbi Azərbaycan adlarının verilməsi ilə bağlı müzakirələr aparılır”
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) növbəti gəmilərə Qərbi Azərbaycan adlarının verilməsi ilə bağlı müzakirələr aparılır, “Göyçə” adı artıq təsdiq edilib.
“Zirvə yolu” xəbər verir ki, bunu ASCO-nun sədri Rauf Vəliyev İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti – “Bakı Gəmiqayırma Zavodu” MMC-nin hazırladığı “Zəngilan” tankerinin suya salınması ilə bağlı mərasimdə bildirib.
Onun sözlərinə görə, bir neçə ad müəyyənləşəcək və təsdiqlənəcək.
ASCO-nun rəhbəri əlavə edib ki, “Bakı Gəmiqayırma Zavodu” ilə bir neçə gəminin inşası ilə bağlı kommersiya danışıqları davam edir: “Ümid edirəm ki, yaxın vaxtlarda bu danışıqlar başa çatacaq və müqavilələr imzalanacaq”.
O qeyd edib ki , ASCO “Bakı Gəmiqayırma Zavodu”nun əsas sifarişçilərindən biridir: “Amma yeganə sifarişçi deyil. Bu zavod Xəzəryanı ölkələrin sifarişlərini yerinə yetirə bilmək gücünə malikdir”.