Britaniyalı nazir: “Beynəlxalq dəstəklə aparılan danışıqlar gərginliyin azaldılmasını təmin etməyin ən yaxşı yoludur”
Böyük Britaniyanın Yaxın Şərq, Şimali Afrika, Cənubi Asiya və BMT üzrə dövlət naziri Tariq Mahmud Əhməd Azərbaycan və Ermənistan arasında baş tutan son sülh danışıqlarında əldə olunan irəliləyişi alqışlayıb.
“Zirvə yolu”nun məlumatına görə, bu barədə o, tviter səhifəsində yazıb.
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə Azərbaycan və Ermənistan arasında baş tutan son sülh danışıqlarında əldə olunan irəliləyişi alqışladım. Beynəlxalq dəstəklə aparılan danışıqlar gərginliyi azaltmağın, regiona sabitlik və təhlükəsizliyin qaytarılmasını təmin etməyin ən yaxşı yoludur”, – paylaşımda deyilir.