Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Reykyavik şəhərində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç və İslandiyanın Baş naziri Katrin Yakobsdottirlə görüşüb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Ceyhun Bayramov İslandiyanın paytaxtında Avropa Şurasının Dövlət və Hökumət Başçılarının IV Zirvə Görüşündə iştirak edir.
Azərbaycanın XİN başçısının Zirvə Görüşündə iştirak edəcək dövlət rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.