Dünya

“Enerqoatom”: “Rusiya Zaporojye AES-də əsgərlərin sayını artırıb”

Rusiya Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasında hərbçilərinin sayını xeyli artırıb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Ukraynanın “Enerqoatom” Milli Nüvə Enerjisi İstehsalı Şirkəti məlumat yayıb.

“Hazırda burada 2 500-dən çox Rusiya hərbçisi var və onların sayı stansiyanın şəxsi heyətindən də çoxdur”, – “Enerqoatom” qeyd edib.

Şirkətdən bildirilib ki, Rusiya ordusu stansiyanı öz möhkəmlənmiş hərbi bazasına çevirir.

“İşğalçılar hələ də AES-in ərazisində və nüvə alimləri şəhərində qalırlar, lakin çox keçmədən Ukrayna Silahlı Qüvvələri Enerqodar torpağına gələcək”, – şirkət vurğulayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Zaporojye AES-də personalın sayının xeyli azaldığı məlum olub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir