İqtisadiyyat Manşet

İlham Əliyev: “Həmrəylik Halqası” layihəsində Azərbaycan və Slovakiya əməkdaşlığı yeni mərhələyə qədəm qoyub”

“Həmrəylik Halqası” STRİNG layihəsi çərçivəsində Azərbaycan və Slovakiya arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub.

“Zirvə yolu” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Slovakiya parlamentinin sədri Boris Kolları qəbul edərkən bildirib.

Söhbət zamanı ölkələrimiz arasında enerji sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub, bu yaxınlarda Bolqarıstanda əsası qoyulmuş “Həmrəylik Həlqəsi” təşəbbüsü çərçivəsində Azərbaycan qazının Slovakiyaya çatdırılması istiqamətində böyük perspektivlərin olduğu bildirilib.

Enerji sahəsində əlaqələrə toxunan dövlət başçısı bu ilin aprelində Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Anlaşma Memorandumunun imzalanmasının önəmini qeyd edib.

Prezident İlham Əliyev ticarət, qarşılıqlı investisiya qoyuluşu, nəqliyyat sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Xatırladaq ki, aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və SOCAR arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir