“Ukraynalı qaçqınlar ölkə əhalisinin 5 faizini təşkil etməyə başlayıb”.
“Zirvə yolu” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Monteneqronun baş naziri Dritan Abazoviç Avropa Şurasına üzv ölkələrin dövlət və hökumət başçılarının Reykyavikdə keçirilən sammitində bildirib.
“Rusiyaya qarşı sərt sanksiyalara baxmayaraq, bu gün Monteneqroda ukraynalılarla bir yerdə yaşayan müəyyən sayda Rusiya vətəndaşı yaşayır və heç bir problem yoxdur”, – Abazoviç deyib.
Monteneqro Statistika Departamentinin məlumatına görə, 2023-cü ilin may ayına olan məlumata görə, ölkədə 617 213 nəfər yaşayır, əhalinin siyahıyaalınması isə 2023-cü ilin noyabrında aparılmalıdır.