Qvatemalada 6,1 maqnitudalı zəlzələ olub.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 276 min nəfər əhalisi olan Kuenka şəhərindən 30 km şimal-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 91 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.