İtaliyanın şimal-şərqində daşqınlar səbəbindən 36 600-dən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Emiliya-Romanyanın Ərazi Təhlükəsizlik və Mülki Təhlükəsizlik Agentliyinin saytında məlumat verilib.
Qeyd olunub ki, Ravenna bölgəsindən 27 775, Forli-Çesena əyalətindən 4 830, Boloniya bölgəsindən isə 4 012 nəfər təxliyə edilib.
Agentliyin məlumatına görə, Emiliya-Romanyada daşqınla əlaqədar 305-ə yaxın sürüşmə baş verib, 500-dən çox yol tamamilə və ya qismən bağlanıb. Əhaliyə yardım edən 1200-ə yaxın könüllü var.