Sudanda silahlı münaqişənin tərəfləri – Sudan ordusu və çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar – Red) şənbə günü 7 günlük müddətə humanitar atəşkəs barədə razılaşıblar.
“Zirvə yolu” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Atəşkəs Səudiyyə Ərəbistanının Ciddə şəhərində imzalanıb. O, imzalandıqdan 48 saat sonra qüvvəyə minəcək.
Razılaşma atəşkəs şərtlərinin yerinə yetirilməsi üçün xüsusi komitənin yaradılmasını nəzərdə tutur ki, onun tərkibinə vasitəçilərin – Səudiyyə Ərəbistanı və ABŞ-ın, eləcə də Sudan Silahlı Qüvvələrinin və xüsusi təyinatlıların nümayəndələri daxildir.
O, həmçinin bütün silahlı şəxslərin ölkənin tibb müəssisələrindən çıxarılmasını və mənzil-kommunal təsərrüfatı sistemində təmir işlərinə başlamaq imkanı verilməsini nəzərdə tutur.