Dünya

Tacikistanın cənubunda qaz balonunun partlaması nəticəsində 28 nəfər xəsarət alıb

Tacikistanın cənubundakı Pyanc rayonunda bazarda iaşə obyektində qaz balonunun partlaması nəticəsində 30-a yaxın adam xəsarət alıb.

“Zirvə yolu” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xəstəxanaya yerləşdirilən 28 nəfərdən səkkizinin vəziyyətinin ağır olduğu bildirilir. Səhiyyə Nazirliyinin bir qrup mütəxəssisi Pyanca ezam olunub.

Tacikistan Daxili İşlər Nazirliyinin məlumatına görə, partlayış balon maye qazla doldurularkən təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən baş verib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir