İdman

Azərbaycanın 6 qadın boksçusu Polşada beynəlxalq yarışda iştirak edəcək

Bu gün Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.

“Zirvə yolu”nun xəbərinə görə, mayın 22-dən 26-dək davam edəcək yarışda Azərbaycan qadınlardan ibarət milli komanda ilə təmsil olunur.

Baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayev Pultuskda 6 boksçunu yoxlayacaq. Qalib adı uğrunda Mehparə Məmmədova (48 kq), Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) mübarizə aparacaqlar.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir