Sahibə Qafarova: “Azərbaycanın geniş enerji mənbələri ölkəmizin Avropa enerji təhlükəsizliyində xüsusi rol oynacaq”
“Azərbaycanın geniş enerji mənbələri ölkəmizin Avropa enerji təhlükəsizliyində xüsusi rol oynacaq. Artıq bir neçə beynəlxalq tərəfdaşlarla birgə bu istiqamətdə müvafiq layihələr həyata keçirilir”.
“Zirvə yolu” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yaşıl texnologiya ekoloji mühafizə tədbirləri istiqamətində yeni üfüqlər açacaq: “Yaşıl iqtisadiyyata keçid bir sıra problemlərin həllinə atılmış addım deməkdir. Yaşıl iqtisadiyyat və ətraf mühitin təhlükəsizliyi qəbul edilən dövlət strategiyasının 5 mühüm prioritetlərdən biri kimi müəyyənləşib”.
S.Qafarova əlavə edib ki, Azərbaycan tərəfindən mühüm nəqliyyat layihələri Azərbaycanı ən geniş nəqliyyat qovşaqlarından birinə çevirəcək.