Dünya

Türkiyədə kütləvi davada 11 nəfər xəsarət alıb

Türkiyənin Mardin vilayətində keçirilən toy mərasimində iki ailə arasında düşmənçilik zəminində dava zamanı 11 nəfər xəsarət alıb.

Bu barədə “Zirvə yolu ” “Haber Global”a istinadən xəbər verir.

Hadisə yerinə polis və tibb işçiləri göndərilib. Kütləvi davaya polislər son qoyub.

Yaralılara hadisə yerində ilk tibbi yardım göstərilib, xəsarət alanlar sonra Mardin Təhsil və Araşdırma Xəstəxanasına və Qızıltəpə Dövlət Xəstəxanasına aparılıblar.

Polis kütləvi davanın təhrikçilərinin saxlanılması üçün əməliyyata başlayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir