Bakıda avtomobil yolu keçən 8 yaşlı uşağı vurub öldürüb.
“Zirvə yolu”nun məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.
Belə ki, yolu keçərkən 2015-ci il təvəllüdlü S.Quluzadəni avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır .