Azərbaycan bu il işğaldan azad edilmiş ərazilərə 5 milyard manatdan çox pul qoyacaq
Azərbaycan hökuməti 2023-cü ilin dövlət büdcəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərcləri 2 milyard 260 milyon manat və yaxud 75,3 % artırır.
“Zirvə yolu” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, artımdan sonra bu xərc 5 milyard 260 milyon manat məbləğində olacaq.