Şabran rayonunda intihar hadisəsi baş verib.
“Zirvə yolu”nun məlumatına görə, rayonun Vələsli kənd sakini, 1991-ci il təvəllüdlü Rzayeva Mülkünaz Zeynal qızı intihar edib.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.