Türkiyənin Muş vilayətində sel onlarla evi dağıdıb.
Bu barədə “Zirvə yolu “Haber Global”a istinadən xəbər verir.
Məlumata görə, leysan yağış selə səbəb olub, təbii fəlakət 5 avtomobilə və onlarla evə ziyan vurub, bir körpü dağılıb.
Kırköy şəhər bələdiyyəsinin rəhbəri Nahit Dizman 35 evin zərər çəkdiyini bildirib. “Hər şey bir anda oldu. Bizim müdaxilə etmək şansımız olmadı. Qəfil sel körpünün uçmasına səbəb olub. Körpünün uçması ilə 35 evi su basıb. Bələdiyyə qarajımızdakı 5 maşınımız su altında qalıb. Çayın ayrı-ayrı yerlərində suötürücüləri açmalı olduq”, – o deyib.
Nahit Dizman əkin sahələrinin də təbii fəlakətdən ziyan çəkdiyini bildirib.