İqtisadiyyat Manşet

Zaur Mikayılov: “Azərbaycanda su ehtiyatlarının 64 %-i mexaniki üsullarla nizamlanır”

Azərbaycanda əhalinin, iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının suya olan tələbatını təmin etmək üçün su ehtiyatlarının təqribən 64 %-i mexaniki üsullarla nizamlanır.

“Zirvə yolu” xəbər verir ki, bunu Azərbaycan Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov “Yaşıl enerji və ətraf mühit” bizneslər üçün inkişaf perspektivləri mövzusunda ictimai müzakirədə deyib.

Z. Mikayılov vurğulayıb ki, Azərbaycanın su ehtiyatları ölkə ərazisində qeyri-bərabər paylanılıb:

“Ötən il kənd təsərrüfatının suvarma suyu ilə təminatı məqsədilə 1,6 geqavat elektrik enerjisi və 20 min ton dizel yanacağından istifadə edilib. Suyun idarə edilməsində “yaşıl enerji”dən istifadə ənənəvi enerji şəbəkələrinin yükünün yüngülləşdirilməsinə, dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi arasında tarazlığın yaradılmasına töhfə verəcək”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir