Azərbaycan ABŞ-la Cənub Qaz Dəhlizi, hidrogen də daxil olmaqla “yaşıl enerji” layihələrinin inkişafı, metan emissiyalarının azaldılmasına dair fikir mübadiləsi aparıb.
“Zirvə yolu” xəbər verir ki, bu məsələlərin müzakirəsi energetika naziri Pərviz Şahbazovun ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyattla Enerji Həftəsi çərçivəsində keçirtdiyi görüşdə aparılıb.
P. Şahbazov bu barədə özünün tviter hesabında yazıb.