İqtisadiyyat Manşet

Azərbaycanda sığorta agenti institutunun gücləndirilməsi planlaşdırılır

Azərbaycan Mərkəzi Bankında (AMB) sığorta agenti institutunun gücləndirilməsi müzakirə edilib.

“Zirvə yolu” xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov özünün tviter hesabında yazıb.

“Azərbaycan Mərkəzi Bankında sığorta bazarında fəal olan sığorta agentləri ilə görüşümüz olub. Sığorta bazarının böyüməsində sığorta agentlərinin rolunun gücləndirilməsi məsələləri müzakirə edilib.

Sığorta bazarının mühüm peşəkar iştirakçısı olan sığorta agentləri ilə sığorta bazarının inkişaf məsələləri təhlil olunub, həmçinin sığorta agenti institutunun gücləndirilməsilə bağlı fikir mübadiləsi aparılıb”, – T. Kazımov bildirib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir