Azərbaycanlı gənc Əlisahib Qarayev dünyanın ən böyük kimya istehsalçısı şirkətində fəaliyyətə başlayıb.
“Zirvə yolu” xəbər verir ki, o, BASF şirkətinin Maliyyə və Mühasibatlıq Departamentində EMEA – Regional Treasury Analyst vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Ə.Qarayev 2016-2020-ci illərdə Azərbaycan Universitetinin Biznes və İqtisadiyyat ixtisası üzrə bakalavr dərəcəsini yüksək nəticə ilə başa vurub.
O, 2020-2021-ci illərdə Berlin şəhərində yerləşən International University-də International Finance and Accounting ixtisasından magistr təhsili alıb. 2022-ci ildə dünyanın ən nüfuzlu konsaltinq şirkətlərindən biri olan KPMG-də maliyyə məsləhətçisi kimi təcrübə keçib.
İngilis və alman dillərini bilir.