Cəmiyyət

«Bolmart»ın KORRUPSİYA QOXULU HESABATI… – BU NƏDİ BELƏ?

Azərbaycanın iri ticarət şəbəkələri illik hesabatlarını açıqlayırlar.

DİA.AZ xəbər verir ki, ölkənin tanınmış ticarət şəbəkələrindən olan «Bolmart»ın məxsus olduğu «Pro Mart» MMC illik hesabatını açıqlayıb.

Hesabata əsasən 2022-ci ildə «Bolmart»ın satış dövriyyəsi, yəni satışdan əldə edilən ümumi gəlirlər 141 milyon manat, satışın maya dəyəri isə 127,3 milyon manat olub. 2021-ci illə müqayisədə satış gəlirləri 32 milyon manat və ya 29% artıb. Satışın maya dəyəri isə 28 milyon manat və ya 28% artıb.

Nəticədə 2022-ci ildə «Bolmart»ın məcmu mənfəəti 13,8 milyon manat təşkil edib. 2021-ci ildə bu rəqəm 10,2 milyon manat idi.

2022-ci ildə «Bolmart» ilk dəfə olaraq marketinq və satışa rpul xərcləməyə başlayıb – təqribən 430 min manat.

Şirkətin ümumi və inzibati xərcləri isə 13 milyon 191 min manat olub – 2021-ci illəı müqayisədə 3 milyon manat və ya 30% artıb.

Şirkətin vergidən əvvəlki mənfəəti 34,3 min manat olub, 6,9 min manat mənfəət vergisi ödənişindən sonra 2022-ci ildə «Bolmart»ın xalis mənfəəti cəmi 27,4 min manat təşkil edib.

Qeyd edək ki, ötən il mənfəət bundan da aşağı olub – 14 min manat, ödənilən mənfəət vergisi isə 3,5 min manat təşkil edib.

Xatırladaq ki, «Bolmart»ın Bakıda və respublikanın müxtəlif bölgələrində 24 filialı var.

Hesabata əsasən 2022-ci ilin sonunda «Pro-Mart»ın, yəni «Bolmart»ın cəmi aktivləri 53 milyon manat yaxın olub. İl ərzində aktivlər təqribən 3 milyon manat artıb.

Şirkətin cəmi kapitalı 11,7 milyon manatdır, öhdəlikləri isə il ərzində təqribən 3 milyon manat artaraq 41,3 milyon manat təşkil edib.

«Bolmart»ın «Digər öhdəlikləri» 15,7 milyon manat, ticarət və digər kreditor borcları isə 17,3 milyon manat təşkil edir.

Xatırladaq ki, “PRO MART” MMC-nin sahibləri «AZ FAST MOVİNG BUSİNESS» MMC (50%) və «UNİTRADE GROUP» MMC (50%) şirkətləridir.

Hüquqi ünvanı Baki şəhəri Sabunçu rayonu, Bəşir Bünyadov (Bakixanov qəs.) ev.134-də yerləşən şirkətin qanuni təmsilçisi isə Məmmədov Ramil Əşrəf oğludur (FED.az).

«Bolmart»ın KORRUPSİYA QOXULU HESABATI...
«Bolmart»ın KORRUPSİYA QOXULU HESABATI...

DİA.AZ-dan ZƏRURİ QEYD: Dəyərli oxucu. Hər halda 24 filialı olan, 141 milyon manatlıq satış edən «Bolmart»ın sahibinin CARİ İLDƏ CƏMİ 27 MİN MANAT QAZANMASI kifayət qədər şübhəli məsələdir və bu iş mütləq şəkildə gərəkən qurumlar tərəfindən araşdırılmalıdır. Əgər belə bir araşdırma yoxdursa, deməli, hamı BƏLLİ QAYDADA SUSDURULUB… Yayındırılan pul isə dövlət puludur, dövlətə aiddir…

Məsələ ilə bağlı Zirveyolu.info olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir