Manşet Siyasət

İlham Əliyev: “Getdikcə daha çox Avropa ölkəsi Azərbaycanla fəal əməkdaşlıq edir”

“Getdikcə daha çox Avropa ölkəsi Azərbaycanla fəal əməkdaşlıq edir”.

“Zirvə yolu” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında çıxışı zamanı deyib.

“Fəxr edirik ki, Avropa İttifaqının (Aİ) yüksək vəzifəli rəsmiləri Azərbaycanı etibarlı tərəfdaş adlandırırlar və qeyd etməliyəm ki, bu, doğrudur”, – dövlət başçısı bildirib.

“Qeyd etdiyim kimi ötən ilin iyul ayında Aİ və Azərbaycan arasında enerji sektorunda strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalanıb. Biz 2027-ci ilə qədər Aİ bazarına qaz tədarükünü iki dəfə artırmağı planlaşdırırıq. Bu, tamamilə realdır”, – Prezident İlham Əliyev bildirib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir