Məhkəmə-Hüquq Şurasının sədrinin Şuranın yalnız hakim üzvləri sırasından seçilməsinə dair layihə ilk oxunuşdan keçib
Məhkəmə-Hüquq Şurasının sədrinin Şuranın yalnız hakim üzvləri sırasından seçilməsinə dair layihə ilk oxunuşdan keçib.
“Zirvə yolu”nun xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Məhkəmə-Hüquq Şurası haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurasının hakim üzvləri hakimlərin konfransı tərəfindən (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim istisna olmaqla), Məhkəmə-Hüquq Şurasının sədri isə Şuranın yalnız hakim üzvləri sırasından seçiləcəklər.