“Zirvə yolu” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, ümumqoşun poliqonunda “N” hərbi hissəsinin döyüş atışlı taktiki təlimi keçirilib.
Təlimin planına uyğun olaraq, tapşırıqların icrası ilə bağlı bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilib, komandirlər tərəfindən qəbul edilmiş qərarların məruzələri dinlənilib.
Bölmələr müxtəlif üsullarla taktiki yerdəyişmələri yerinə yetirib, şərti düşmənin təxribat törədəcəyi ehtimal edilən ərazi istiqamətində irəliləyərək atıcı silahlardan praktiki atışlar icra ediblər.
Döyüş atışlı taktiki təlimdə şərti düşmən hədəflərinin aşkar olunaraq zərərsizləşdirilməsi üzrə qarşıya qoyulan tapşırıqlar motoatıcı bölmələr tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.
Təlimin keçirilməsində əsas diqqət bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, o cümlədən şəxsi heyətin səhra və praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib.