“Uşaqlar arasında psixoloji problemlər həm anadangəlmə, həm də sonradan qazanılmış ola bilir”.
“Zirvə yolu” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin psixiatrı Aydan Cabbarova deyib.
O bildirib ki, uşaqlar arasında da depressiyadan əziyyət çəkənlər var: “İnsanlar düşünür ki, depressiyaya yalnız yetkin insanlarda rast gəlinir. Amma bu belə deyil. Bu psixi pozuntuya uşaqlar arasında da rast gəlinir. Depressiya uşaqlarda böyüklərdən daha tez və sürətli yaranır. Buna görə, valideynlər diqqətli olmalıdır”.