ABŞ Konqresinin Nümayəndələr Palatası dövlət borcunun yuxarı həddinin artırılması ilə bağlı qanun layihəsini qəbul edib.
“Zirvə yolu” amerikan KİV-ə istinadən xəbər verir ki, 314-dən çox deputat qanun layihəsinin lehinə, 117-si isə əleyhinə səs verib.
Daha sonra qanun layihəsi baxılmaq üçün Senata göndəriləcək. Bundan sonra Konqresin hər iki palatası tərəfindən təsdiqlənərsə, imza üçün ABŞ Prezidenti Cozef Bayden təqdim ediləcək.
Xatırladaq ki, daha öncə Bayden Konqresdə ABŞ dövlət borcunun ÜDM-ə olan yeni həddinin təsdiqinin plana uyğun getdiyini bildirmişdi.