Azərbaycan və Çexiya arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
“Zirvə yolu” xəbər verir ki, bunu itisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”də bildirib.
“Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela ilə Azərbaycan və Çexiya iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi üçün potensial imkanlar barədə fikir mübadiləsi apardıq. Ölkələrimiz arasında investisiya, sənaye, nəqliyyat-tranzit və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var”, – deyə o qeyd edib.