Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Moldovanın paytaxtı Kişineu şəhərinə gedib.
“Zirvə yolu” xarici KİV-ə istinadən xəbər verir ki, V.Zelenskinin tədbirdə iştirakı əvvəlcədən açıqlanmayıb.
Onun hərəkət etdiyi marşrut məxfi saxlanılır.
Xatırladaq ki, bu, 2022-ci ildə yaradılan Avropa Siyasi Birliyi forumunun ikinci sammitidir. Birinci sammit Çex Respublikasının paytaxtı Praqa şəhərində keçirilib. Rusiya-Ukrayna arasında genişmiqyaslı müharibə fonunda forumun əsas mövzusu təhlükəsizlikdir.
Sammitdə bütün Avropa İttifaqı (Aİ) dövlətləri, eləcə də Aİ-yə daxil olmayan dövlətlər iştirak edəcəklər. Sammitdə iştirak etmək üçün prezidentlər və hökumət başçıları, həmçinin Avropa İttifaqının rəhbərliyi paytaxt Kişineuya gediblər.