Azərbaycan Kubokunun əvvəlki 28 finalında 7 müxtəlif hesab qeydə alınıb.
“Zirvə yolu” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, əlavə vaxtın oynanıldığı matçlarda 120 dəqiqəni nəzərə alsaq, ən populyar nəticə bir qolun vurulmasıdır.
İndiyə qədər 9 dəfə görüş 1:0 hesabı ilə yekunlaşıb. 7 dəfə 2:1, 5 dəfə 2:0, 3 dəfə 1:1, 2 dəfə 0:0, 1 dəfə isə 3:1 və 3:0 qeydə alınıb.
İndiyə qədər 12 final qarşılaşmasında əlavə vaxta ehtiyac duyulub. Bunlardan 7-də qalib müəyyənləşibsə, 5 dəfə penaltilər seriyası zərurəti yaranıb.
Qeyd edək ki, Azərbaycan Kubokunda “Neftçi” ilə “Qəbələ” arasında 2022/2023 mövsümünün final oyunu iyunun 3-də keçiriləcək.