BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik İsveçrədən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) keçib.
“Zirvə yolu” xəbər verir ki, BƏƏ-nin BMT-dəki daimi nümayəndəsi Lana Zəki Nusseibeh təşkilatın Nyu-Yorkdakı baş qərargahında iyun ayı ərzində TŞ-ın gündəmi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Səfir bildirib ki, ay ərzində yaxın Şərq ölkələri üçün ekzistensial problemlər, iqlim dəyişikliyi və bərpa olunan enerji sahəsində uzunmüddətli təcrübərin müzakirəsi baş tutacaq: “İyunun 14-də biz sülhün təşviqi və davam etdirilməsinə dair nazirlər səviyyəsində görüş keçirəcəyik. 1945-ci ildən bəri ən çox silahlı qarşıdurmaların yaşandığı bir dövrdür və bütün dünyada, dözümsüzlüyün, nifrətin getdikcə daha çox narahatlıq doğuran artımını müşahidə edirik. İrqçilik və ekstremizm, şübhəsiz ki, zorakılığı gücləndirdi və icmaları parçaladı. Bütün bunlar beynəlxalq sülh və təhlükəsizliyə təhdidlərdir və bu təkcə bir ölkə və ya regionla məhdudlaşmır.
Bu məsələlər artıq BMT sistemində çoxsaylı forumlarda müzakirə olunur, dövrümüzdə də daha ardıcıl və effektiv yanaşmaya təkan vermək bizim üçün əsas prioritetdir. Ümid edirik ki, ay ərzində Şuranın bu iclaslarında tolerantlığın təşviqi və ekstremizmlə mübarizə üzrə səylərimizi birləşəcəyik”.
Diplomat qeyd edib ki, ay ərzində Şuraya üzv ölkələrin müraciətləri ilə münaqişəli bölgələrlə, xüsusi ilə Əfqanıstan, Sudan və Ukraynadakı vəziyyətlə bağlı fövqəladə iclasların keçirilməsi nəzərdə tutulub.