Ölkədə marketlər şəbəkəsi genişləndikcə müştərilərə təqdim olunan malların çeşidi genişləndikcə keyfiyyət azalmağa doğru gedir. İllah da ərzaq məhsullarının bərbad keyfiyyət göstəriciləri müştərilərin ovqatını təlx etməklə bərabər həm də ölkədə qida təhlükəsizliyi sahəsində vəziyyətin biabırçı olmasına dəlalət edir.
Redaksiyamıza üz tutan oxucularımızdan biri paytaxtdakı “Bolmart” mağazalar şəbəkəsininin marketlərinin birindən aldığı kolbasanın içində ətdən başqa hər şey çıxdığından şikayətçidir. Zirveyolu.info bildirir ki, nümunələri Moderator.az-a göndərən oxucumuz ölkədə qida təhlükəsizliyi sahəsindəki vəziyyətin nə zaman düzələcəyini soruşur. Təbii ki, biz onun sualına cavab verməkdə aciz qaldıq və sualı Azad İstehlakçılar Birliyinin sədri, tanınmış ictimai xadim Eyyub Hüseynova ünvanladıq:
“Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi səndi olmayan heç bir mal satışa və qeydiyata qəbul oluna bilməz. Guya total nəzarət həyata keçirilir. Lakin təəssüf ki, bu nəzarət effektli şəkildə deyil. Çoxlu sayta ət məhsulları istehsal edən müəssisələr var ki, onlar heç Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçməyib, təəssüflər olsun ki, biz bunların izlərini 8-ci kilomter bazarında, metro çıxışlarında, hətta tanınmış marketlərdə görə bilirik. AQTA kütləvi informasiya vasitələri və bütövlükdə cəmiyyətlə effektiv iş qura bilməyib ki, bütün cəmiyyət də onların könüllüsünə çevrilərək quruma lazımi məlumatlar versinlər. Belə olsaydı, istehklakçı kassa çekini təqdim etməklə 1003 qaynar xətt nömrəsi ilə AQTA-ya məlumat verməlidir və AQTA-dan tələb etməlidir ki, həmin müəssisələrdə yoxlamalar keçirilsin. Ərzaq məhsulunun içərisindən yad cisimlər çıxırsa, bu o deməkdir ki, həmin müəssisədə heç bir sanitar normalara əməl edilmir və heç bir qida təhlükəsizliyindən danışmaq olmaz.”