Mingəçevir Dövlət Dram Teatrının işdən məcburi qovulan əməkdaşı Natiq Əhəd oğlu Hüseynov tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
“Mən Hüseynov Natiq Əhəd oğlu – Mingəçevir Dövlət dram teatrında Səhnə Baş maşinisti işləmisəm.Bu ilin mart ayında Teatra 5-6 aydır təyin olunmuş , Bakı uşaq Və Gənclər Teatrının rəhbəri İntiqam Soltan Həsənli qərəzlilik fonunda işimi deyişərək cəza metodu kimi maşinist işinə təyin edib .Bu qərəzlilik isə tamamilə əsassız idi Mən Dövlət tədbirlərinə 10 ilə yaxındır Səhnə qurmaq və digər bütün işləri görmüşəm.Bu dəfə də Novruz bayramı ərəfəsində şəhərdə Bayram Təbriki üçün personajları gəzdirərək maşının bəzədilməsi işində başqalarının ucbatından məni hədəfə aldı, teatrın direktoru. Çünki mən səhnə qurmaq üçün fəhlə pulunu birbaşa nəğd götürməyi xahiş etmişdim direktor isə bunu özü alıb verəcəyini ( maaşımın üzərinə alınacaq pulun 10-20 faizini )israr edirdi .Bu zamandan başlanan direktor prinsipiallığı məni daima izləməyə təqib etməyə başladı .Teatrda işçilərə həmçinin mənə məcburi bilet almağı tapşırırdı .Buna etiraz edənləri ya işdən çıxarmaqla ya da iclaslarda asagilamaqla davam edirdi..Direktor İntiqam Soltan Həsənli 20 gün öncə mənim teatrdakı həmkarlarımla zarafatima don geydirerek işçilərin ərizəsini alıb mənə qarşı qoydu .Hətta onların polisə gedib məni şikayət etmələrinə bilavasitə təsir etdi Buna əyani sübut işçilərdən birinin qohumunun Teatra gələrək direktoru axtarması və ona “qadınları niyə polisə get əyə Vadar etdiyini ” irad tutmaq istəməsi oldu .hətta həmin vətəndaşa ( hansı ki şikayətçi kimi üzərinə salınan iş yoldaşlarımdan birinin qohumu ) Teatrın heyətində əsəbləşərək narahat olması sonrası Təcili yardım çağırıldı .Teatrda əksər əməkdaşlar buna şahid oldular .Polisə cagrıldım məni cərimələdilər ki, sen ünvansız söyüş etmisən ( müəssisənin nüfuzuna təhqir ).Bunu. Ardınca məni məcbur etdilər ki, işdən getməlisən Direktor yalnız öz prinsipinə uyğun addım atırdı .Mən dəfələrlə xəstəxanaya düşdüm.Mənə qarşı təzyiqlərə dozəmmirdim .evdə uşaqların var ailem var , işdən çıxmaq mənə ölumdür .Direktor bununla yanaşı ” ixtisar ” oyununa başladı Bir gün çağırdı ki, ixtisara düşüb sənin ştatın .İzah etdim ki, mən 13 dir işləyirəm həmişə yaxşı işci olmuşam..Tərifnamələrim , mükafatlarım var , mənim himayemdə iki həddi buluğa çatmayan ( 16 yaşa çatmayan ) övladım var. yenə də xeyri olmadı .Bu dəfə Teatra vəkil dəvət edib onunla birgə mənim qanundan anlayışım olmamasından sui istifadə edərək sənədləşmələrə , özünün təyin etdiyi Müəssisənin Həmkarlar Təşkilatının qərarlarının mənə qarşı olan hissləri ilə mənə ləkələmə kompaniyası başlatdı .Qeyd edim ki, vəkil bizim həmkarımizin ( direktora yaxın aktyorun ) qardaşıdır .Və mənə ” ərizə ilə yaz çıx , yoxsa 70-in ç bəndi ilə ləkeleyəcəyəm ” – deyən direktor İntiqam Soltan israrla əməlini həyata keçirdi ..Mən qorxdum ki, ləkələnərəm ..ərizə verdim.,sonra Mingəçevir Şəhər Prokurorluğuna şikayət yazdım.Orada qeyd etdim ki, məni məcbur edirlər işdən çıxmağa .həmçinin dəfələrlə kollektivin qarşısında məni iş sahəmdən və iclaslarda qovub çıxarıb , şərəfimə mənliyimə asagilıq kimi qəbul etmişəm..Teatrda Baş rejissor açıq aşkar söyüşlər edir , istədiyi yerdə siqaret çəkir , davranışı pis ,kobud , Direktor isə həmişə iclaslarda hədə ilə , nəcburiyyet ilə davranır bunlara bir son verən yoxdur .Ama bir fəhləyə qayrşı bu qədər prinsip və qərəz biabırçılıqdır .Bütün instansiyalara – Prezidentə , Vitse Prezidentə , Baş Prokurorluğa , Mədəniyyət Nazirliyinə , Əmək Müfəttişliyinə qədər müraciətim davamlı olacaq.Mingəcevir Teatrinin Direktoru İntiqam Soltanın bu əməlləri hardan qaynaqlanır ? Teatrda onsuz da Əvvəllər daima Problemlər olub , bu adamı göndərmişdilər ki, hər şeyi yoluna qoysun .adam əksinə istəyənləri işdən çıxarıb özünə maraqlı adamları işdə saxlayır Uzun illərdir adları gərəksiz yerlərdə yazılıb maaş alanları təhdid etsə də işdən çıxarmadı, əksinə işləyənlərə qarşı aqressiya göstərdi.Teatrda problemlərin həllinə gələn adam , özü problem yaradır .Xahiş edirəm Mətbuat olaraq mənim fəryadımı , problemi gərəkən rəsmi orqanlar qarşısında aşkar edəsiniz , icrimaikəsdiresiniz .Teatr direktoru Teatra sanki çayxana açmaga gəlibmiş kimi davranır , sanki gəlib ki, Mingəçevir teatrında işləyən şəhər adamlarını işsiz qoyub , bakıdakı öz teatrını buralarda gətirib reklam edib onlara qazandirmaliymisiq .Bizim də ailemiz ,uşaqlarımız var , dolanammiram, evində xəstə adam var, Qardaşım Qarabağ qazisidir..Bütün bunlara baxmayaraq Mingəçevir Teatrının direktoru qənim kəsilib. Teatrı yenidən yoxlasalar, burda Direktorun və yeri gələndə Baş rejissorun , Həmkarlar Təşkilatının. Əməlləri üzə çıxacaq”.
İddia olunanlarla bağlı Zirveyolu.info olaraq qarşı tərəfi də dinləməyə hazırıq…