Siyasət

Bəs deyirdilər, bağ belə, bostan bel… AZAL PUL QIRIR: NOOLDU BƏS? – Kasıb imişlər…

Son vaxtlar bəzi vəzifə sahiblərinin sadə vətəndaşlara qarşı qol qoyduqları fırıldaq əməlləri, düzüb-qoşduqları oyunbazlıqları, bir sözlə aşağılayıcı yanaşmaları haqda məlumatlara daha çox rast gəlinir. O halda bəlli olur ki, var-dövlət içində “boğulan” məmurları heç də sadə insanların qayğıları, yaşam tərzi, üz-üzə qaldıqları problemlərin varlığı və s. düşündürmədiyindən, onlar belə bir yanaşmalarını ortaya qoymağı, sanki özləri üçün adi hal hesab edirlər. Bəli, oxşar addım Heydər Əliyev adına Hava Limanınının rəhbərliyində çalışan bəzi vəzifə sahibləri tərəfindən atılır ki, bu da əslində qınanılmalıdır. Yəni, bir neçə gün bundan öncə Dəryaz qəzetinin redaksiyasına müraciət edən Vahid (ad şərtidir) adlı vətəndaş övladının xəstəliyinin aradan qaldırılmasına maddi cəhətdən köməklik göstərilməsi məqsədilə, Heydər Əliyev adına Hava Limanının məsul şəxsi olan Paşa müəllimlə əlaqə saxlayır. Telefon danışığı zamanı Paşa müəllim vətəndaşa bildirir ki, “Siz bu məsələ ilə bağlı mütləq şəkildə rəhbərliyin adına ərizə ilə müraciət etməlisiniz”. Düzdür, vətəndaş övladının düçar olduğu xəstəliyə aid lazımi sənədləri, rəhbərliyin adına yazdığı ərizəni şəxsən Paşa müəllimin özünə təqdim edir və bir-iki gündən sonra ümumi şöbənin müdiri Sevinc xanımla əlaqə saxlayır. Sevinc xanım vətəndaşa “Bu haqda məlumatım var, ərizə çatıb və sizə mütləq maddi cəhətdən köməklik göstəriləcək” deyə cavab verir. Qeyd edək ki, lazımi sənədlərin və rəhbərliyin adına yazılmış ərizənin Heydər Əliyev adına Hava Limanına çatdırılması üçün, vətəndaş ilk əvvəl Hava Limanının “28 May” Metrostansiyasının yaxınlığındakı ofisinə gedir. Həmin vaxt bu ofisdən cavab verirlər ki, “Paşa müəllim burada deyil, Hava Limanında olur”. O halda vətəndaş Heydər Əliyevadına Hava Limanına getməli olur və həmin şəxsin ora gedib-qayıtması təqribən müəyyən məbləğı başa gəlir. Bütün bunlara baxmayaraq, Sevinc xanım bildirir ki, “Ərizəniz Hava Limanının vitse-prezidenti Samir müəllimin üstünə yazılıb. O da, cavab yazıb ki, “Bizim maddi cəhətdən yardım göstərməyə heç cür imkanımız yoxdur”. Əfsuslar olsun ki, Samir müəllim vətəndaşın müraciətininə imtina cavabı yazıb. Əslində mən də istərdim ki, sizə maddi cəhətdən köməklik göstərilsin”.

Bəli, vətəndaşın ünvanladığı müraciətə Samir müəllim tərəfindən imtina cavabının verilməsi onu söyləməyə əsas verir ki, bu gün sadə, heç bir imkanı olmayan vətəndaşlar Hava Limanına maddi cəhətdən dəstək göstərməlidirlər. Sual oluna bilər ki, əgər Hava Limanına köməklik göstərilməsinə ehtiyac duyulurdusa, o halda mətbuat xidmətinin rəhbəri Paşa müəllimin verdiyi vəd nə idi? Daha yaxşı olmazdımı ki, lazımi sənədlərin və ərizənin ünvan üzrə çatdırılması üçün, vətəndaşın xərclədiyi 40-50 manat pul Samir müəllimin özünə yardım şəklində veriləydi?. Deməli, hər bir vətəndaş arabir 40-50 manat civarında Samir müəllimə yardım göstərərsə, yəqin ki, o halda Hava Limanına aid problemləri aradan qaldırmaq mümkün olar.

Baxmayaraq ki, vətəndaşın müraciətinə vitse-prezident Samir müəllim tərəfindən imtina cavabı verilir, amma o halın da varlığına inanırıq ki, bu kimi yanaşmadan Hava Limanının prezidenti cənab Cahangir Əsgərovun heç bir halda xəbəri yoxdur. Çünki, Cahangir müəllimin dəyərli, qəlbi geniş şəxs olması hər kəsə bəllidir. Bir sözlə, Samir müəllim vətəndaşa olduqca qısa formada “Maddi cəhətdən köməklik göstərmək imkanımız xaricindədir” deyə cavab verir. Hətta, ümumi şöbənin müdiri Sevinc xanımla təkrar telefon danışığı zamanı , “Samir müəllimin cavabı o oldu ki, bu dəqiqə bizim özümüzə dəstək olmaq lazımdır” deyir. Başa düşmək olmur ki, bu gün təyyarə biletlərinə aid qiymətlərin “kəllə-çarxa” qalxdığı bir vaxtda, həqiqətənmi Heydər Əliyev Hava Limanına köməklik göstərilməsinə ehtiyac duyulur? Yəni, bu qurum o qədərmi kasıblayıb ki, rəhbərlikdə olan şəxslər maddi yardım axtarışındadırlar? O halda yaxşı olmazmı ki, Hava Limanının rəhbərliyində olan vəzifə sahibləri bir marafon təşkil etsinlər və media nümayəndələrindən də köməklik göstərilməsini xahiş etsinlər. Bütün bunlardan sonra ortaya maraqlı bir sual çıxır ki, deməli Samir müəllim idarəçiliyini düzgün həyata keçirə bilmədiyindən, bu şəxsin tabeliyində çalışanlar vətəndaşları əsassız şəkildə getgələ salmaqla, qarşı tərəfə əsassız vədlər verməklə məşğul olurlar.

Bu yöndə baş verənləri təhlil edib belə qənaətə gəlmək olar ki, sadə vətəndaşları ələ salmaq, əsassız vədlər vermək, bir sözlə onları ən aşağı formada aşağılamaq, adı çəkilən bu şəxslər üçün sanki adi məsələlərdən biri hesab olunur. Amma, onlar onu da unudurlar ki, istənilən şəxsə, o cümlədən vətəndaşa qarşı bu yöndə atılan addım vətəndaş hüququnun alçaldılmasıdır, vətəndaş ləyaqətinin təhqir olunmasıdır. Bəli, buna başqa bir ad vermək olmaz. Çünki bəlli yanaşmalar, məhz bizi belə qənaətə gəlməyə vadar edib.

Deryaz.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir