“Zirvə yolu” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyədə səfərdədirlər.
Dövlət başçısını və birinci vitse-prezidenti Ankaranın hava limanında Türkiyənin dövlət və hökumət nümayəndələri qarşılayıblar.
İlham Əliyev və Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcəklər.