“Qarabağı” futbol klubunun bir sıra oyunçuları millinin Estoniya ilə matçına dəvət alıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Məlumata görə, millinin AÇ-2024-ün seçmə mərhələsində iyunun 17-də Estoniya ilə matçına Elvin Cəfərquliyev, Musa Qurbanlı, Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov, Toral Bayramov və Bəhlul Mustafazadə dəvət alıblar.
U-21 millisinin toplanışına isə Nəriman Axundzadə çağırılıb.