İdman

Azərbaycanın futzal millisi də braziliyalı mütəxəssislə vidalaşır

Joze Alesio Da Silva futzal üzrə Azərbaycan millisində baş məşqçi vəzifəsindən göndəriləcək.

“Zirvə yolu”nun məlumatına görə, 55 yaşlı braziliyalı mütəxəssisin mayın 31-də başa çatmış müqaviləsi yenilənməyəcək.

Onu bu postda Vitali Barisov əvəzləyəcəyi gözlənilir. Ehtimal olunur ki, qərar AFFA İcraiyyə Komitəsinin növbəti iclasında rəsmən açıqlanacaq.

Qeyd edək ki, Vitali Barisov “Araz Naxçıvan”ın baş məşqçisi olub. Azərbaycan yığmasının sabiq üzvü bu posta məhz Joze Alesio Da Silvanın yerinə təyinat alıb. Təcrübəli mütəxəssis 2009 – 2014 və 2016 – 2023-cü illərdə millinin sükanı arxasında olub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir