Gəncə şəhərində yaşayış binasının 5-ci mərtəbəsindən yıxılan 12 yaşlı yeniyetmə ağır xəsarətlər alıb.
“Zirvə yolu”nun məlumatına görə, hadisə şəhərin İdris Məşədi Zaman oğlu küçəsində qeydə alınıb.
Yeniyetmə xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.