İdman

Karyerasını bitirən ispaniyalı futbolçu La Liqanın rekordunu təkrarlayıb

İspaniyanın “Betis” klubunun futbolçusu Xoakin Sançes karyerasının son oyununda La Liqanın rekordunu təkrarlayıb.

“Zirvə yolu”nun məlumatına görə, 42 yaşlı yarımmüdafiəçi buna “Valensiya” ilə 1:1 hesablı heç-heçə etdikləri matçda meydana çıxmaqla nail olub.

Təcrübəli oyunçu yerli çempionatda 622-ci görüşünü keçirib. O, bu göstəricidə “Barselona”nın sabiq qapıçısı Andoni Subisarretaya çatıb. İlk “3-lüy”ü hazırda “Atletik”in (Bilbao) uğurları üçün çalışan Raul Qarsiya (589) tamamlayır.

Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü ölkəsində “Valensiya” və “Malaqa”nın da formasını geyinib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir