Naxçıvanda əhalinin asudə vaxtının səmərəli təşkili üçün idman kompleksləri yaradılacaq və açıq hava idman qurğuları qurulacaq.
“Zirvə yolu”nun xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda yer alıb.
Bununla bağlı icraçı qurum kimi Naxçıvanın Nazirlər Kabineti ilə Azərbaycanın Gənclər və İdman Nazirliyi müəyyənləşib.
Proqramda qeyd olunub ki, bu işlər 2023–2027-ci illəri əhatə edəcək.