“Abşeron City” Mənzil Tikinti Kooperativinə məxsus binalarda yaşayan sakinlər etiraz ediblər.
Onların etiraz etməsinə səbəb 4 ildən artıqdır aldıqları mənzillərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə “çıxarış”ı ala bilməməsidir.
“Abşeron City” MTK-nin qanuni təmsilçisi Şahin Mirkişili etiraz edən sakinləri qəbul edib.
O, sakinlərin sullarını cavablandırsa da, bu hadisəni video lentə alanlara öz etirazını bildirib: “Çəkrisinizsə, sullarınızı cavablandırmayacam…”.
“Siz söz verdiniz ki, ötən ilin sonuna kimi “çıxarışlar” veriləcək. Demişdiz ki, verilməsə, sakinlərin mənzillərə görə ödədikləri pulu geri qaytaracaqsız. Amma bu baş vermədi”, deyə sakinlərdən biri bildirib.
Şahin Mirikişi isə belə bir söz demədiyini bildirib və daha sonra əsəbləşərək onlara deyib: “Gedin məni məhkəməyə verin. “Çıxarışlar” nə vaxt verilsə, onda da alacaqsınız. Çəkiliş dayandırılmasa, mən sulları da cavablandırmayacam…”
Qeyd edək ki, “Abşeron City” MTK-nin qanuni təmsilçisi Şahin Mirikişili deputat Tahir Mirkişilinin qardaşıdır. Şirkət də qardaşlara məxsusdur.
//valyuta.az
[flash=425,264]https://player.qaynarinfo.az?v=18578&share_user_id=[/flash]