Siyasət

FHN sisteminin GİZLİ PULYEYƏNİ… – Ona “FHN-nin KOR QUYUSU” da deyirlər…

Haqqında bəhs etmək istədiyimiz Fövqəladə Hallar Nazirliyi ( FHN ) ilə bağlı bir məsələyə toxunmaq istəyirik. Belə ki, bir neçə il əvvəl FHN-nin nazir müavinlərinin sayı 4-dən 7-yə qaldırıldı. Bütün dünya bütövlükdə mobil idarəetməyə üstünlük verir. Yəni rəhbər işçilərin sayı azaldırılır, artıq qurumlar ixtisar olunur, bir sözlə, dövlətin yükü azaldılır. Amma bizdə əksinə proseslər baş verir.
Təsəvvür edirsiniz, nazirin xeyli sayda müavinləri, müşavirləri, köməkçiləri və daha nələr… Bu nəyə lazımdır? Axı, bu rəhbər işçilərin hər birinə kabinet, sürücü, katibə, gələcəkdə yüksək pensiya və daha nələr.
Sözün qısası, FHN-nin 7 nazir müavinlərindən biri hələ də Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevdir.
Təsəvvür edirsiniz, Ramiz Mehdiyevin oğlu 1 il MTN-də, 2 il DİN-də, 3 il XİN-də, 2 il İdman və Gənclər Nazirinin müavini, 4 il Mədəniyyət nazirinin müavini, sonra “Miqrasiya naziri”nin müavini, sonradan indiyədək isə FHN Nazirinin müavini işləyir. FİKİR VERDİNİZMİ..? Ramiz Mehdiyev özündən və nəslindən qat-qat ağıllı və savadlı adamların hər birini ayrı ayrılıqda ləkələyərək, həbsxanalara saldırdı, onları ləkələdi, gələcəklərini inanılmaz dərəcədə narahat duruma saldı. Amma öz oğlunu nazirliklərdə vəzifə kürsüsündə dolandırdı. Gör insan nə qədər yarıtmaz fəaliyyətə malikdir ki, bir nazirlikdə duruş gətirə bilmirdi. Nə qədər saymamazlıq edirmiş ki, o nazirlikdən bu nazirliyə yerini dəyişdirirmişlər.
Bəli, Ramiz Mehdiyev və ailəsi haqqındakı yazı başqa bir yazının mövzusudur.
Mövzumuz Ramiz Mehdiyevin oğlu ilə bağlı olmadığı üçün keçək əsas mövzuya. Bəli, FHN nazirinin 7 müavinindən biri də Orucəli Hacıyevdir. Orucəli Hacıyev kimdir, nəçidir..?
Deməli, Orucəli Hacıyev Orucəli Məmməd oğlu Hacıyev 1959-cu ildə aprelin 20-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirib və İBTİDAİ SİNİF MÜƏLLİMİDİR. Bir müddət Naxçıvanda ibtidai sinif müəllimi işləməklə bərabər, qara metal alveri ilə məşğul olub. DƏMİR ALIRAM, METAL ALIRAM…məsələsi… Yəni “Quska”, Əli Həsənov komandası. Sonra metal satmaqdan FHN-ə transfer edib.
Təsəvvür edirsiniz ibtidai sinif müəllimi hara, FHN GENERALI HARA..? Bu adamın adı nələrdə hallanmır ? Mediada yayılan xəbərlərdən bəlli olur ki, Ukraynada öldürülən iş adamının anası deyir ki, Orucəli mənə dedi ki, sənin oğlunu general Rövşən Əkbərov öldürüb…Amma sonra sözünü dandı. Bu əməlin adı Cinayət Məcəlləsində cinayəti bilib gizlətməkdir.
Mediada yayılan digər xəbərdən bəlli olur ki, Orucəli Hacıyev Pirşağıda vətəndaşları aldadaraq 2 hektar torpaq sahəsini ələ keçirib. Belə ki, Orucəli Hacıyev 16 nəfər şəxsin 2 hektar torpaq sahəsini alıb orada istirahət kompleksi tikmək istəyib. Və vətəndaşlardan etibarnamə alaraq torpaqları ələ keçirib. Bu işdə Orucəlinin yaxın dostu “Axund” FTKA şirkətinin sahibi Fuad Axundov vasitəçilik edib. Ümumiyyətlə, indi nazir müavini olan Orucəli Hacıyev 90-cı illərdə qara metalın topdan alış məntəqəsini işlədib və bu sahədə monopolist olub. Qara metal işinin Paolo Pərvizin monopoliyasına verilməsindən sonra işləri yarımçıq qalan Orucəli Hacıyev Azərbaycanı tərk edib və Ukraynada yaşayaraq İrana qara metal ixracı ilə məşğul olub. Bəli, eşitdiyimizə görə Orucəli Hacıyevin İranla bu gün də biznes əlaqələri var.
Sözün qısası, Orucəli Hacıyev 2006-cı ildə Azərbaycana qayıdaraq yeni yaradılan Fövqəladə Hallar Nazirliyində nazir müavini vəzifəsinə təyin edilib. Orucəli Hacıyev nazir müavini olmaqla yanaşı “Babək-97” şirkətini yaradaraq ölkədə sement satışını demək olar tam mənada inhisara alıb. Respublikaya hər ay 50 min ton sement idxal edən “Babək-97” firması FHN-nin əsas podratçı şirkətidir. Ölkənin fövqəladə hal baş verən bütün bölgələrində tikintilərə sement verilməsini məhz bu firma təşkil edir. Orucəli Hacıyevin adı mediada həm də ayı ovlamaq məsələsində hallanır. Bəli, Orucəli Hacıyev Şamaxıda böyük torpaq sahələrini ələ keçirib, orada otel və villa tikdirib, hətta deyilənə görə qoruq ərazilərində ayı ovlayır. Hətta bir vaxtlar Orucəli Hacıyevin ayı ovlaması ilə bağlı mediada video yayılmışdı, sonrada hamısını pul verib sildirdi. Orucəli Hacıyevin adı həm də mediada dəhşətli intihar hadisəsində hallanır.
Belə ki, sahibkarın həyat yoldaşı Prezident İlham Əliyevə müraciətində yazır ki, Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyevin bacısı oğlu Sunay Əliyev dayısının adından vədlər verərək həyat yoldaşımı klinker (sement istehsalı üçün xammal ) alqı-satqısına cəlb etməklə onun və mənim külli miqdarda pulumuzu mənimsəyib. Respublikaya klinker gətirilməsinin Orucəli Hacıyevin nəzarətində olduğunu deyən bacısı oğlu sahibkarı müflis vəziyyətinə salıb. Və sonda sahibkar özünü güllə ilə vuraraq öldürüb. Ancaq bütün bunlarla bağlı Orucəli Hacıyev mətbuata heç bir açıqlama verməyib, susmağa üstünlük verib.
Onu da qeyd edək ki, Orucəli Hacıyevin oğlu Elvin Hacıyev də atasından geri qalmır. İndi isə Elvin Hacıyevin şirkətlərinin və mülklərinin siyahısına nəzər salaq: – “BOL SÜFRƏ” MMC – “BABYLON-GROUP” MMC – “BABYLON AQRO” MMC – “BT PROJECT” MMC – “APİ DELTA GROUP” MMC QAX RAYONU, LƏKİT kəndində hüquqi qeydiyyata alınıb). – Bakının Zirə qəsəbəsində 4.4 hektarlıq əsasən pomidor yetişdirilən İSTİXANA (“BOL SÜFRƏ” MMC); – Qax rayonunda 2000 arı ailəsindən ibarət ARIÇILIQ TƏSƏRRÜFATI və BAL EVİ (“Api Delta Group); – Şurabad qəsəbəsində 30 hektardan artıq sahədə süni göllərdən ibarət NƏRƏ VƏ SAZAN BALIĞI FERMASI (“Babylon Agro”); – SULTANAHMET KÖFTECİSİ – Səbayel rayonu Əbdülkərim Əlizadə küçəsi 16 (“Babylon Group”); – SULTANAHMET KÖFTECİSİ METROPARK (7-ci mərtəbə) – (“Babylon Group”); – SULTANAHMET KÖFTECİSİ PARK BULVAR (Ticarət Mərkəzinin 3-cü mərtəbəsi) – “Babylon Group”); “Babylon Group” eyniadlı köftəxanaları Batumidə, Qazaxıstan və Rusiyada da açmaq üçün brend sahibi olan GATE 25 RESTORANI ailəsi ilə razılıq əldə edib. – Xocalı prospektində, Dəmirçi Towerin 25-cı mərtəbəsində fəaliyyət göstərən GATE 25 bar-restoranı (“BT Project” MMC). – Bakının “Torqovıy” kimi tanınan ərazisində, Rəsulzadə küçəsində fəaliyyət göstərən TARHUN RESTORANI (“Babylon Group”) – TARHUN (METROPARK) adı ilə daha bir restoran Təbriz küçəsindədir. – Nazir müavininin oğlu nizamnamə kapitalı 11688495.00 AZN, illik dövriyyəsi 4 milyon dolları aşan TECHNOİL şirkətinin həmtəsisçisidir. TECHNOİL-un Sumqayıtda, Sülh küçəsində yerləşən müəssisəsi mühərrik və sənaye yağları istehsal edir.
Görəsən adi ibtidai sinif müəllimi olan Orucəli Hacıyev bu boyda biznes imperiyasını hansı yolla yaradıb..? Bu artıq hüquq-mühafizə orqanlarının işidir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 //gundelik-baku.com//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir