Kriminal

Lənkəranda diş həkimi bıçaqlanıb

Lənkəranda diş həkimi bıçaqlanıb.

“Zirvə yolu”nun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.

Belə ki, şəhər sakini Nihad Malızadə stomatoloq kimi çalışan həmyerlisi, 1985-ci il təvəllüdlü Cəlal Azadovu bıçaqlayıb.

Yaralı çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan “Report”un yerli bürosuna bildirilib ki, hadisəni törətməkdə təqsirli bilinən N.Malızadə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir