Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzinin rəhbəri Orxan Sadıqov (Fikrətoğlu) vəzifəsindən azad edilib.
“Zirvə yolu” xəbər verir ki, Agentlikdən bildirilib ki, o, öz ərizəsi ilə işdən ayrılıb.
O.Sadıqovun yerinə təyinat olmayıb. O, Mədəniyyət Nazirliyinin Kino Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyinat alıb.