Cənubi Afrika Respublikasında 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanların episentri təxminən 2 milyon nəfər əhalisi olan Yohannesburqdan 16 km cənub-şərqdə, ocağı isə 20 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.