Bu gün Avropada qazın birja qiymətləri hərracda 7 faizdən çox ucuzlaşıb.
“Zirvə yolu”nun məlumatına görə, bunu London ICE birjasının məlumatları göstərir.
TTF indeksi (Niderlandda yerləşən Avropanın ən böyük mərkəzi) üzrə iyul (ən yaxın) fyuçersləri ticarəti min kubmetr üçün 366,3 ABŞ dolları (+2,3%) səviyyəsində açıb. Daha sonra o, 331,5 dollara (-7,4%) düşüb.
Kotirovkaların dinamikası əvvəlki ticarət gününün hesablaşma qiymətinə – 357,9 dollar/min kubmetrə əsaslanır.